Bu gün Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Orqanları əməkdaşlarının Peşə Bayramı günüdür

28 mart Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Orqanları əməkdaşlarının Peşə Bayramı günüdür.
Ümummilli Lider Heydər Əliyevin 23 mart 1997-ci il tarixli Sərəncamı ilə 28 mart tarixi Azərbaycan təhlükəsizlik orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
Hörmətli general-polkovnik cənab Əli Nağıyev,
Dəyərli Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları sizi, Azərbaycanın müstəqilliyi, təhlükəsizliyi və suverenliyinin keşiyində şərəflə dayanan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) yaradılmasının 10 illiyi və Azərbaycan təhlükəsizlik orqanlarının təsis edilməsinin 106-cı ildönümü münasibətilə ürəkdən təbrik edirəm!
Sizin fədakar əməyiniz və vətənə sədaqətiniz daim dövlətimizin dayağı olacaqdır!
Yaşasın güclü və təhlükəsiz Azərbaycan!
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI