Almaniya Ukraynaya silah tədarükündən sonra hərbi xərclərə 20 milyard avro ayırır
Almaniya Ukraynaya silah tədarükündən sonra hərbi xərclərə 20 milyard avro ayırır.
“Turanın səsi ” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabinetinin sözçüsü Şteffen Hebestreyt deyib.
O, Ukraynaya silah tədarükü və büdcə bölgüsü ilə bağlı problemlər fonunda Bundesverdə döyüş sursatı olmadığını bildirib.
Hebestreyt qeyd edib ki, Almaniya kansleri Olaf Şolts noyabrın 28-də nazirliklər və müşavirlərlə görüş keçirəcək. Federal hökumət və Bundestaq büdcədən 20 milyard avronu ölkənin ehtiyatlarının artırılmasına sərf etmək niyyətindədir.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09