Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb

Cəlilabadda polis 9 kiloqram narkotik vasitə və psixotrop maddə aşkarlayıb.

Cəlilabad rayonunda polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 24 yaşlı Ruslan Hacıyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan “turaninsesi.az“-a verilən məlumata görə, ondan 9 kiloqram həşiş qətranı, marixuana, metamfetamin və 100 ədəd narkotik tərkibli metadon həbi aşkarlanıb. Faktla bağlı cinayət işi başlanılıb, R.Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI