Ərdoğan bu gün hökuməti toplayır, terrorla mübarizə müzakirə ediləcək
Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə ölkə hökumətinin iclası keçiriləcək.
“Turanın səsi “ “TRT Haber”ə istinadən xəbər verir ki, toplantıda Türkiyə ordusunun Suriya və İraqın şimalında həyata keçirdiyi anti-terror əməliyyatları, o cümlədən ehtimal edilən quru əməliyyatları müzakirə ediləcək.
Bundan başqa, iclasda hicabla bağlı Konstitusiyaya dəyişiklik məsələsi də gündəmdə olacaq. Bununla bağlı referendumun keçirilməsi barədə məsləhətləşmələr aparılacaq.
Həmçinin hökumətin infliyasiya ilə mübarizəsi də müzakirə olunacaq.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09