Mirzoyan “türk” sözündən incidi: “Ayıb olsun!”

İrəvanda hökumətin iclasından sonra qalmaqal baş verib.

turaninsesi.az” Armenian News-a istinadla xəbər verir ki, jurnalistlər xarici işlər naziri Ararat Mirzoyandan suallara cavab istəyiblər.

Nazir onlara yaxınlaşmadan yoluna davam edib. Jurnalistlərdən biri söz atıb: “Siz ancaq türk həmkarlarınızın ayağına gedirsiz, cənab Mirzoyan?”

Bu sözlər Mirzoyana təsir edib: “Əvvəla, dediklərini son dərəcə kobud, tərbiyəsiz və qeyri-peşəkarlıq nümunəsi hesab edirəm. İkincisi, bu, peşəkar jurnalist fəaliyyəti deyil, siyasi aksiyadır. Ayıb olsun!”

Jurnalistlərdən biri “Ayıb sizə olmalıdır!” – deyib. Mirzoyan geri qayıdıb: “Sizlərdən hər hansı biriniz “yalnız türk həmkarlarınıza cavab verirsiniz” deyəndə mənim “Ayıb olsun, həddinizi bilin” deməyə tam haqqım var”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI