Milli Məclisdə görüş
Martın 13-də Milli Məclisin sədr müavini Rafael Hüseynov Estoniya Respublikası parlamentinin (Riiqikoqun) Azərbaycanla parlamentlərarası dostluq qrupunun sədri Riina Solman ilə görüşüb.
Bu barədə ” turaninsesi.az”-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Qonağı salamlayan Rafael Hüseynov Azərbaycanın Estoniya ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini bildirib. Ölkələrimizin müstəqillik tarixlərini müqayisə edən vitse-spiker 30 ildən artıq davam edən diplomatik münasibətlərimizdən söz açıb, müstəqillik illərində əlaqələrimizin yüksələn xətt üzrə inkişaf etdiyini deyib. Rafael Hüseynov ikitərəfli münasibətlərdə parlamentlərarası əlaqələrin xüsusi önəm daşıdığını söyləyib, beynəlxalq parlament təşkilatlarında əməkdaşlığın əhəmiyyətindən danışıb, parlamentlər arasında təmaslarının intensivliyinin vacibliyini, qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.



⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI