Çin dünyadakı vəziyyətdən asılı olmayaraq Rusiya ilə əməkdaşlığı dərinləşdirəcək
Çin və Rusiya beynəlxalq vəziyyətin dəyişməsindən asılı olmayaraq koordinasiya və əməkdaşlığı gücləndirmək niyyətindədirlər.
“Turanın səsi ” xəbər verir ki, bunu Rusiyanın Çindəki səfiri İqor Morqulovla görüşündə Çinin xarici işlər naziri Vanq Yi bildirib.
“Beynəlxalq mühitdə hansı dəyişikliklər baş verməsindən asılı olmayaraq, iki böyük qonşu olan Çin və Rusiya strateji qarşılıqlı etimadı və əməli əməkdaşlığı gücləndirəcək, öz aralarında hərtərəfli strateji tərəfdaşlıq və koordinasiyanı dərinləşdirəcək, beynəlxalq aləmdə qərəzsizliyi və ədaləti birgə müdafiə edəcəklər” -deyə, nazir əlavə edib.
O, həmçinin Morqulovun Rusiyanın Çinə səfiri təyin olunmasını alqışlayıb və Pekinin işində ona dəstək verəcəyini bildirib.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09