Tramp: “İranı qarşıda maraqlı günlər gözləyir”

ABŞ prezidenti Donald Tramp yaxın gələcəkdə İranı maraqlı günlərin gözlədiyini açıqlayıb.
“turaninsesi.az” xəbər verir ki, ABŞ liderinin sözləri xarici KİV-də yayılıb.
Tramp qeyd edib ki, onun məşğul olacağı növbəti ən mühüm beynəlxalq məsələ İranın nüvə proqramı olacaq: “İranı qarşıda maraqlı günlər gözləyir”.
O, konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb.
Prezident vurğulayıb ki, Tehranın nüvə silahına malik olmasına icazə verilməməlidir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI