2 britaniyalı diplomat Rusiyadan qovulur

Böyük Britaniya səfirliyinin 2 işçisi akkreditasiyadan məhrum olunub və 2 həftə ərzində Rusiyanı tərk etməlidirlər.

turaninsesi.az” Interfax-a istinadla xəbər verir ki, bu Alkeş Odedra və səfirliyin Siyasi Departamentinin birinci katibinin əri Maykl Skinnerdir.

Onlar Rusiyaya daxil olmaq üçün icazə alarkən qəsdən yalan məlumatlar veribr və bununla da Rusiya qanunvericiliyini pozublar.

Federal Təhlükəsizlik Xidməti (FSB) sözügedən diplomatların Rusiya Federasiyasının təhlükəsizliyini təhdid edən kəşfiyyat və təxribat işləri apardığını göstərən əlamətlər müəyyən edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI