Azərbaycan Respublikasının Milli Məclisi ilə Gürcüstan Parlamenti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
Milli Məclisin sədri Sahibə Qafarovanın Gürcüstana rəsmi səfəri çərçivəsində iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq haqqında memorandumun imzalanması mərasimi keçirilib.
Bu barədə ” turaninsesi.az“-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Sənədi Milli Məclisin sədri Sahibə Qafarova və Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili imzalayıblar.
Qeyd olunub ki, bu sənəd qanunverici orqanlarımız arasında münasibətlərin daha da dərinləşməsinə, əməkdaşlığın daha da genişlənməsinə töhfə verəcək.

.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI