Çin, Rusiya və İran birgə təlimlər keçirəcək

Çin, İran və Rusiya Hərbi Dəniz Qüvvələri martın birinci yarısında birgə təlimlər keçirəcək.

turaninsesi.az” xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyinin saytında məlumat verilib.

Təlimlər İranın Çabahar limanı ərazisində keçiriləcək. Onlar dəniz hədəflərinə hücum, təsadüfi yoxlamalar və həbslər, zərərə nəzarət və birgə axtarış-xilasetmə kimi mövzuları əhatə edəcək.

Məqsəd iştirakçı ölkələrin silahlı qüvvələri arasında qarşılıqlı etimadı və praqmatik əməkdaşlığı dərinləşdirməkdir.