KİV: “Rusiyada afrikalı tələbələri “Vaqner” dəstəsinə cəlb edirlər”
Rusiyada afrikalı tələbələri “Vaqner” özəl hərbi şirkətinə (ÖHŞ) cəlb edirlər və imtina etsələr, onları təqaüddən məhrum edəcəkləri və ya təhsilin qiymətini artıracaqları ilə hədələyirlər.
“Turanın səsi ” xəbər verir ki, bu barədə “The Daily Beast” nəşri məlumat yayıb.
Jurnalistlər Rostov-na-Donudakı Cənub Federal Universitetinin afrikalı tələbələri ilə söhbət ediblər. Onlar deyirlər ki, təhsil müəssisəsinin nümayəndələri tələbələri 3-5 min dollara “Vaqner” ÖHŞ-yə və ya Rusiya ordusuna qoşulub Ukraynaya döyüşməyə getməyə razı salmağa çalışıblar.
“Yataqxanamızda bizi qarşılayan üç məmur bizi Rusiya üçün döyüşməyə razı salmağa çalışdılar. Onlar dedilər ki, biz Ukraynada qısa müddət döyüşə, bu qədər pul qazana, sonra Rusiyaya qayıdaraq təhsilimizi davam etdirə bilərik. Bəzi afrikalıların artıq Ukraynada döyüşdükləri və yaxşı pul qazandıqlarını dəfələrlə xatırladıblar”, – tələbələr bildiriblər.
İmtina edildiyi təqdirdə tələbələr təhsil haqlarının artırılması və ya təqaüdlərin itirilməsi ilə hədələnirlər. Bundan əlavə, Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları da onları orduya cəlb etməklə məşğul olurlar.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09