Ukrayna taxılı Polşa vasitəsilə də ixrac olunacaq
Polşa Ukrayna taxılının ixracı üçün Ukrayna ilə sərhəd infrastrukturunu genişləndirmək niyyətindədir və artıq bu məqsədlə xeyli miqdarda vəsait ayırır.
“Turanın səsi ” in Şərqi Avropa bürosunun məlumatına görə, bunu gün Kiyevdə keçirilən “Ukraynadan taxıl” sammitində Polşanın
Baş naziri Mateuş Moravetski bildirib.
Onun sözlərinə görə, Rusiyanın Qara dənizdə Ukrayna taxıl və ərzaq məhsullarının ixracını blokadaya alması səbəbindən Polşa Ukrayna ilə sərhəddə yeni keçid məntəqələrinin tikintisinə hazırlaşır:
“Bu, Polşa vasitəsilə Baltik dənizindəki limanlarımıza tranzit ixracını təmin etmək üçün Ukraynanın bərpasını dəstəkləmək və bugünkü çağırışların aradan qaldırılmasına dəstək vermək üçün lazımdır”.
⤵️
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA
QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp
ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09