Nikol Paşinyan Bakıya hansı təklifi verib? – Sirri açmadı

Nikol Paşinyan jurnalistin Bakıya həm Ermənistan xalqı, həm də Azərbaycan xalqı üçün məqbul sayılan hansı təklifi ilə bağlı sualına cavab olaraq bildirib ki, hazırda bu məlumatı açıqlaya bilməz.

turaninsesi.az” xəbər verir ki, Ermənistanın baş naziri bildirib:

“Azərbaycandan cavab aldıqdan sonra daha ətraflı açıqlama (təkliflə bağlı – red.) ictimaiyyətə açıqlanacaq. Bu, iki səbəbdən baş verə bilər: Azərbaycan razıdır və bu, ictimailəşdirilməlidir və bu, müəyyən mənada bizə bunu ictimailəşdirməyə mənəvi haqq verəcək”.

Bundan əvvəl Ermənistanın baş naziri Bakıya həm Ermənistan, həm də Azərbaycan xalqı üçün məqbul olan həll yolunu təklif etdiyini bildirib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI