Rubio: Zelenski üzr istəməlidir

Volodimir Zelenski Donald Trampla görüşdə baş verən fiaskoya görə üzr istəməlidir.

turaninsesi.az” CNN-ə istinadla xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.

“Onun ora gəlib düşmənçilik etməsinə ehtiyac yox idi. Elə bir təəssürat yaranır sanki Zelenski sülh razılaşmasını istəmir. O istədiyini deyir, amma bəlkə də istəmir”, – Rubio qeyd edib.