Milli Məclisin deputatları Tacikistanda seçkiləri müşahidə edəcəklər

Milli Məclisin deputatları Tacikistan Respublikası Ali Məclisinin Nümayəndələr Palatasına keçiriləcək seçkiləri izləmək məqsədilə fevralın 28-də bu ölkənin paytaxtı Düşənbə şəhərinə səfər edəcəklər.

Bu barədə “turaninsesi.az“-a MM-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan-Tacikistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Aydın Mirzəzadə və deputat Anatoliy Rafailov MDB Parlament Assambleyasının, deputat Azər Badamov isə MDB İcraiyyə Komitəsinin xətti ilə Tacikistanda martın 2-də baş tutacaq seçkilərə hazırlıq prosesini izləyəcək və seçki günü məntəqələrdə vətəndaşların fəallığını müşahidə edəcəklər.

Səfər martın 3-də başa çatacaq.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI