Çilinin 99 faizi qaranlığa qərq oldu

Çilidə ölkə ərazisinin 99 faizini əhatə edən elektrik kəsintisi səbəbilə fövqəladə vəziyyət elan edilib. Cənubi Amerika ölkəsində elektriksiz qalan milyonlarla insanın gündəlik həyatı iflic olub, xüsusilə paytaxt Santiyaqoda nəqliyyat xaosa çevrilib.
“turaninsesi.az” xəbər verir ki, elektrik kəsintisi 8 milyondan çox insanı təsir altına alaraq, həyatın iflic olmasına səbəb olub. Hökumət elektrik enerjisinin kəsilməsindən sonra fövqəladə vəziyyət elan edərək, başda paytaxt Santiyaqo olmaqla, bir çox bölgədə komendant saatı tətbiq edib.
Enerji çatışmazlığı bankçılıq, maliyyə, mədənçilik və ticarət sektorlarını da iflic edib. Dövlətin təhlükəsizliyini təmin etmək məqsədilə minlərlə polis və əsgər strateji nöqtələrdə yerləşdirilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI