Pezeşkian Lavrova: Regiona baxışımız eynidir

İran və Rusiyanın regional və beynəlxalq məsəslələri yanaşması eynidir.

turaninsesi.az”  Təsnim-ə istinadla xəbər verir ki, bunu Məsud Pezeşkian Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə deyib.

O, regional qarşılıqlı fəaliyyət prosesinin davam etdirilməsinin vacibliyini vurğulayıb: “İki ölkə regional məsələlərə yaxın baxışlara malikdir və qarşılıqlı əlaqələr çərçivəsində, həmçinin Şanxay Əməkdaşlıq Təşkilatı, Avrasiya İttifaqı və BRICS kimi regional və beynəlxalq təşkilatlar vasitəsilə regional və beynəlxalq əməkdaşlıqlarını gücləndirməyə çalışır”.

“Ümumi razılaşmaların, xüsusilə də iki ölkə arasındakı Hərtərəfli Strateji Sazişin həyata keçirilməsinin sürətləndirilməsi vacibdir. İran və Rusiyanın bir-biri ilə əməkdaşlığı gücləndirmək imkanları var”, – deyə Pezeşkian əlavə edib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI