Xidmət rəisi: “Probasiya qeydiyyatında olan 118 nəfər əfv edilib”
“Əfv Sərəncamı 118 nəfər Probasiya qeydiyyatında olan alternativ cəzalara məhkum edilmiş şəxsə aid edilib. Bu rəqəm Probasiya tarixində ilkdir”.
“Turanın səsi ” xəbər verir ki, bu fikirləri Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəisi Aqşin Ziyadov Əfv Sərəncamının icrası ilə əlaqədar keçirilən tədbirdə deyib.
“Məlum olduğu kimi, bu gün möhtərəm Prezident İlham Əliyev “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam imzaladı. Ölkə başçısının növbəti humanist addımı Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədardır. Probasiya qeydiyyatında olan və əfvə salınan 118 nəfər arasında cərimə cəzasına məhkum edilmiş 88 nəfər, elektron qolbaq vasitəsilə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 18 nəfər, cəzasının çəkilməmiş hissəsi yarıya qədər azaldılan 5 nəfər var. Bundan əlavə, azadlıqdan məhrumetmə növündə şərti məhkum edilmiş 2 nəfər, cəzasının icrası təxirə salınmış 3 nəfər, islah işlərinə növündə cəza çəkən 2 nəfər cəzadan azad olunub”, – xidmət rəisi vurğulayıb.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI