Ulu öndər Heydər Əliyevin bəxş etdiyi Gənclər günü ədliyyə orqanlarında geniş qeyd olunub

0

2 fevral – Azərbaycan gəncləri günü münasibətilə Ədliyyə Nazirliyi tərəfindən Heydər Əliyev Mərkəzində gənc ədliyyə işçiləri və könüllüləri ilə tədbir keçirilib. 

Bu barədəTuranın səsi nə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Əvvəlcə Fəxri xiyabanda Ümummilli Liderin məzarı ziyarət olunaraq, önünə əklil qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib. Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu və titanik fəaliyyətini əks etdirən zəngin eksponatlarla tanışlıq olub, maraqlı filmə baxılıb.

Bildirib ki, müasir Azərbaycan gəncliyinin hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Lider fəaliyyətinin bütün dövrlərində gənclərə daim qayğı ilə yanaşıb, milli, o cümlədən hərbi kadrların yetişdirilməsi, gənclərin vətənpərvər və dövlətçilik ruhunda formalaşması üçün əvəzsiz xidmətlər göstərib. Bu sahədə mühüm qanunvericilik və institusional tədbirlər görülüb. 1996-cı ilin 2 fevral tarixində Azərbaycan Gəncləri forumlarının keçirilməsi ənənəsinin əsası qoyulub və bir il sonra Ümummilli Liderin Sərəncamı ilə məhz həmin tarix Gənclər Günü kimi təsis edilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Ulu Öndərin dövlət gənclər siyasətinin uğurla davam və inkişaf etdirildiyi, ölkəmizdə milli məfkurəyə sadiq, müasir dünyagörüşlü, dərin vətənpərvər ruhlu yeni nəsil formalaşdığı, gənclərin intellektual və innovativ potensiallarının reallaşmasına geniş imkan yaradıldığı bildirilib, bu istiqamətdə respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti qeyd olunub.

Nazir müavini dövlət başçısının rəhbərliyi ilə Azərbaycan gəncliyinin hərtərəfli inkişafı nəticəsində onların ictimai-siyasi həyatda, dövlət idarəçiliyində fəallığının artdığını, könüllülük hərəkatının geniş vüsət aldığını bildirib, Vətən müharibəsində parlaq Zəfərimizin qazanılmasında Müzəffər Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın qələbə əzmini nümayiş etdirən gənclərin qəhrəmanlığından söz açıb, ölkə rəhbərinin Gənclər Günü münasibətilə müraciətini xüsusilə vurğulayıb.

Gənclərin ümummilli məsələlərdə vətənpərvərliyini, Laçın-Xankəndi yolunda iki aya yaxındır davam edən faydalı qazıntı yataqlarımızın qanunsuz istismarının dayandırılmasına qarşı dinc etiraz aksiyasında fəal iştirak edən gənclərimizin əsl vətəndaşlıq mövqeyi nümayiş etdirdiyini bildirib, onlara ədliyyə işçilərinin dəstəyini ifadə edərək əlamətdar gün münasibətilə təbriklərini çatdırıb.

Görüşdə Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə ədliyyə orqanlarında “Heydər Əliyev İli”nə həsr olunan silsilə tədbirlər, o cümlədən nazirliyin saytında dahi rəhbərin çoxşaxəli irsinin öyrənilməsi və təbliği məqsədilə “Heydər Əliyev və Azərbaycan ədliyyəsi” elektron məlumat platformasının yaradıldığı qeyd olunub. 

Diqqətə çatdırılıb ki, hər bir ədliyyə işçisi, o cümlədən gənclər Heydər Əliyevin zəngin irsini, dövlətçilik ideyalarını daim öyrənərək ondan bəhrələnməli, Ümummilli Liderin hüquq-mühafizə orqanlarının işçiləri qarşısında müəyyən etdiyi dövlətçiliyə sədaqətlə xidmət etmək, sağlam mənəviyyata, yüksək mənəvi keyfiyyətlərə malik olmaq kimi tələblərini fəaliyyətlərində daim rəhbər tutmalıdırlar.

Tədbir iştirakçılarına Azərbaycan gəncliyinin inkişafı ilə bağlı hazırlanmış əsas sənədlər toplusu və digər metodiki vəsaitlər təqdim olunub, xatirə şəkli çəkdirilib.

Gənclər Günü ədliyyə orqanlarında geniş qeyd olunub, keçirilən bütün tədbirlərdə Ulu Öndərin yüksək amallarına daim sadiq qalan gənclərin ölkə Prezidentinin rəhbərliyi ilə Vətənimizin hərtərəfli tərəqqisi naminə sədaqətlə və əzmkarlıqla çalışacaqları, yaradılan əlverişli imkanlardan səmərəli istifadə edərək görülən işlərdə fəal mövqe tutacaqları vurğulanıb. 

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir