Notariusların peşə biliklərinin artırılması üzrə beynəlxalq konfrans keçirilib

0

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə cinayətkarlığa qarşı qəti mübarizə aparılaraq bu sahədə sistemli və kompleks tədbirlər uğurla davam etdirilir. Dövlət başçısının Sərəncamı ilə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illəri əhatə edən Milli Fəaliyyət Planı təsdiq edilərək həyata keçirilir.

Bu barədəTuranın səsi nə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Ədliyyə Nazirliyinin kollegiyasında bu mühüm sənəddən irəli gələn vəzifələr müzakirə olunaraq tədbirlər müəyyən edilib. 

Bununla əlaqədar Milli Fəaliyyət Planının icrası çərçivəsində iyunun 12-13-də Ədliyyə Nazirliyinin, Azərbaycan və Almaniya Federal notariat palatalarının birgə təşkilatçılığı ilə notariusların peşə biliklərinin artırılması məqsədilə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə notariusun rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. 

Tədbirdə təşkilatçı qurumların və Beynəlxalq Notariat İttifaqının rəhbər şəxsləri, beynəlxalq ekspertlər, Milli Məclisin deputatı, Ali Məhkəmənin, Vəkillər Kollegiyasının, Mərkəzi Bankın, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin, Maliyyə Monitorinqi Xidmətinin, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin, Bakı Dövlət Universitetinin və vətəndaş cəmiyyətinin təmsilçiləri, paytaxtda və regionlarda fəaliyyət göstərən notariuslar iştirak ediblər.

Konfransın açılışında Azərbaycan Notariat Palatası İdarə Heyətinin sədri Hüseyn Məmmədov çıxış edərək cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə notariusların vəzifələrinə toxunub, bu sahədə qanunvericiliyin yeni tələblərinin tətbiqi, qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi üçün Ədliyyə Nazirliyi ilə birgə təlim-tədris tədbirlərindən, xarici ölkələrin notariat qurumları ilə səmərəli əməkdaşlıqdan danışıb, konfransın notariusların peşə biliklərinin artırılması baxımından önəmini qeyd edib.

Tədbirdə Beynəlxalq Notariat İttifaqının Beynəlxalq Notarial Əməkdaşlığı Komissiyasının Prezidenti, fəxri notarius Rixard Bokun və Almaniya Federal Notariat Palatasının eksperti Monika Thullun Almaniyada notariusların və reyestr xidmətlərinin çirkli pulların yayılmasının qarşısının alınmasında funksiyaları, bu sahədə onların rolu mövzusunda məruzələri dinlənilib.

Eyni zamanda ölkəmizdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin hüquqi əsasları, bununla bağlı maliyyə nəzarəti orqanının tənzimləyici rolu, notariat fəaliyyəti və Ədliyyə Nazirliyinin nəzarət tədbirləri barədə çıxışlar edilib, maraqlı diskussiyalar aparılıb.

⤵️

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir