Nazir rəisi işdən çıxardı
Ədliyyə Nazirliyinin Nəzdində Təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin rəisi işdən çıxarılıb.
“Turanın səsi ” in əldə etdiyi məlumata görə, ədliyyə naziri Fərid Əhmədovun müvafiq əmri ilə 2008-ci ildə sözügedən vəzifəyə təyin edilən Həsən Ayaz oğlu Tahirov işdən azad olunub.
Elsevər Bəşarəddin oğlu Xəlilov isə Ədliyyə Nazirliyinin Nəzdində Təsərrüfathesablı Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin rəis əvəzi təyin edilib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI