Nadir Adilov: Uğurlu mediasiya islahatlarında Ali Məhkəmənin çox ciddi dəstəyi var. 

0

Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilovun qeyd etdiyinə görə, məhkəmə – hüquq islahatlarımızda mühüm yeri və rolu olan Ali Məhkəmənin 100 illik yubileyi ərəfəsindəyik. Cənab Prezident İlham Əliyev bütün sahələrdə olduğu kimi, məhkəmə – hüquq islahatlarına da çox mühüm yer verir. Cənab Prezidentin rəhbərliyi ilə aparılan islahatlarda insan hüquqlarının müdafiəsi, məhkəmə – hüquq islahatlarında vətəndaş məmnunluğunun təmin edilməsi çox mühüm yer tutur. Əlbəttə ki, bu islahatların həyata keçirilməsində hüquq sektorunun və bu sektorun əsas iştirakçılarından biri olan Ali Məhkəmənin mühüm və xüsusi rolu var. Hər birimizə məlumdur ki, hüquq islahatları da digər sahələr kimi ən məsuliyyətli və çətin sahələrdən biridir. Bu sahədə ümumi məhkəmə təcrübəsinin öyrənilməsi, illərin sınağından çıxmış və ictimai tələb yaradan məsələlərin qanunvericilikdə əksini tapması məsələləri də çox mühümdür. 

    Mediasiya Şurası olaraq işlədiyimiz çox qısa zamandakı fəaliyyətimiz müddətində Ali Məhkəmə ilə çox sıx və səmərəli əməkdaşlıq qura bilmişik. Çox sevindirici haldır ki, məhkəmə – hüquq islahatlarının bir hissəsi olan mediasiya islahatlarına Ali Məhkəmə rəhbərliyi tərəfindən hər zaman çox ciddi dəstək göstərilib. Biz Ali Məhkəmə tərəfindən dəfələrlə qəbul edilmişik, problemlərin həllində dəstək almışıq. N. Adilov qeyd edib ki, Ali Məhkəmədə heç bir bürokratik əngəl və süründürməçilik görmədən çox rahat şəkildə mediasiya islahatları üzrə problemlərimizi müzakirə edə bilirik. Əlbəttə ki, Ali Məhkəmənin bizə göstərdiyi dəstəyi məhkəmə – hüquq islahatlarının əsas lokomativi olan Məhkəmə – Hüquq Şurasının da mediasiya islahatlarına göstərdiyi diqqətin bir təzahürü kimi qəbul edirik. 

Bizi Kütləvi İnformasiya Vasitələrindən Məhkəmə – Hüquq Şurasının məlumatları ilə tanış olarkən Məhkəmə – Hüquq Şurasının sədri, Ədliyyə Naziri çox hörmətli cənab Fikrət Məmmədovun Məhkəmə – Hüquq Şurasının iclasları sahəsindəki çıxışlarında Mediasiya Şurasının fəaliyyətinin təkminləşdirilməsinə, meydana çıxan problemlərin çevik həll edilməsinə, eyni zamanda mediasiya sahəsində şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi sahəsinə nə qədər böyük diqqət ayırdığının şahidi oluruq. Əlbəttə ki, bu bizim üçün çox böyük və şərəfli bir məsuliyyətdir. Çox yeni və müstəqil təsisat olan Mediasiya Şurasına Məhkəmə – Hüquq Şurası da daxil olmaqla, Ali Məhkəmənin də dəstək olması bizi daha səmərəli nəticələrə doğru aparır. 

Ali Məhkəmənin rəhbərliyi də daxil olmaqla, hər bir kollegiya sədri və hakimlərlə, Ali Məhkəmənin Aparatı və şöbələri ilə istənilən zaman mediasiya islahatları üzrə məsələləri çevik müzakirə etmək və nəticələrə gəlmək yolunda Ali Məhkəmə rəhbərliyi tərəfindən diqqət və qayğı görürük. Eyni zamanda çox mütərəqqi bir haldır ki, biz elektron mediasiya prosesləri üzrə də Ali Məhkəmə ilə çox sıx təmasdayıq. 

Çox sevindirici bir haldır ki, qurmaq istədiyimiz E-mediasiya proseslərinin də Ali Məhkəmədə dəfələrlə müzakirəsi zamanı biz məhkəmə mütəxəssislərinin çox ciddi məsləhət, dəstək və tövsiyələrini almışıq. Hal-hazırda biz bu məsələlərin üzərində işləyirik. E-mediasiya prosesləri qaçılmaz və danılmazdır və bizi əhatə edən mühitin də dəstəyi ilə ciddi nəticələrə nail olacağıq.

    Eyni zamanda müvafiq məhkəmə instansiyaları ilə fəaliyyətimizin əlaqələndirilməsində, daha yaxşı təcrübələrin öyrənilməsində Ali Məhkəmə bizə yaxından dəstək verir. Ona görə də fürsətdən istifadə edib, hər zaman bütün qayğılarımıza xüsusi diqqətlə yanaşan Ali Məhkəmənin sədri cənab Ramiz Rzayev, Ali Məhkəmə sədrinin müavini cənab Çingiz Əsgərova xüsusi minnətdarlığımı bildirirəm. 

    Fürsətdən istifadə edib, Ali Məhkəmənin rəhbərliyini və bütün kollektivini Mediasiya Şurası adından 100 ilik yubiley münasibəti ilə təbrik edir və bizə göstərdikləri dəstəyə görə hər birinə xüsusi təşəkkür edirəm. 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir