Mirsaleh Seyidov əsgərlərlə nahar etdi

0

Ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov Penitensiar xidmətin Mühafizə alayında yaradılmış şəraitlə, həqiqi hərbi xidmət keçən qulluqçuların maddi-texniki və məişət vəziyyəti ilə tanış olub.

Turanın səsi ” xəbər verir ki, nazir müavini həmçinin əsgərlərin qida rasionu ilə maraqlanıb və onlarla nahar edib.

Eyni zamanda bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin andiçmə mərasimi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağı hərbi marşın sədaları altında təntənəli surətdə meydanın mərkəzinə gətirilmiş, gənc əsgərlər Vətənə, xalqa və dövlətə sədaqət andı içiblər.

Tədbir zamanı Ədliyyə Nazirinin müavini – Penitensiar xidmətin rəisi ədliyyə polkovniki Mirsaleh Seyidov gənc əsgərlərə Vətənə şərəf və ləyaqətlə xidmət etməyi, komandirlərin əmr və tapşırıqlarını sözsüz yerinə yetirməyi, ölkəmizin müdafiəsinə qalxmağa hər an hazır olmağı tövsiyə edib.

Nazir müavini qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizin siyasi və hərbi sahədə əldə etdiyi uğurlara söykənən Azərbaycan əsgəri Qarabağda zəfəri təmin etmiş və 30 illik həsrətə son qoyub. O, məhz gənc əsgərlərin and içdiyi 26 avqust tarixinin də cənab Prezidentin Sərəncamına əsasən “Laçın Şəhəri Günü” kimi qeyd edildiyi günə təsadüf etdiyini qürurla vurğulayıb.

Gənc əsgər Nahid Məmmədov özünün və yoldaşlarının adından yaradılmış bütün şəraitə görə təşəkkürünü bildirib, xidmətləri zamanı Azərbaycan əsgəri adını qürürla daşıyacaqlarına və vətənimizə verdikləri anda hər zaman sadiq qalacaqlarına söz verib.

Əsgər valideyni Qarabağ müharibəsi qazisi Fərhad Mürsəlov bir valideyn kimi Azərbaycan əsgərinə bu gün göstərilən diqqət və qayğını yüksək qiymətləndirdiyini qeyd edib. O, gənc əsgərlərə öz tövsiyyələrini çatdıraraq, Vətən işində hər zaman qəhrəman və nümunəvi olmağı arzu edib.

Daha sonra Mühafizə alayının Xüsusi təyinatlı dəstəsi nümunəvi çıxışlarla fiziki və döyüş hazırlığını nümayiş etdirib.

Tədbirin rəsmi hissəsinin sonunda Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu yad edilib, milli qəhrəmanların abidəsi önünə gül dəstələri qoyulub.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir