Həbsxanada dam örtüyünün uçması nəticəsində məhkum ölüb – RƏSMİ

Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyünün uçması nəticəsində məhkum ölüb.
“turaninsesi.az” xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
İyunun 1-də saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçmuşdur. Nəticədə bir nəfər məhkum, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mövlam Mustafayev ertəsi gün aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.
Hadisə nəticəsində digər məhkumlar və müəssisənin işçi heyəti arasında xəsarət alan olmamışdır.
Faktla bağlı Bakı şəhəri Qaradağ rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Xatırladaq ki, iyunun 1-də saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisənin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI