Fikrət Məmmədov hakimlərlə müşavirə keçirdi, məhkəmə qərarlarının icrası ilə bağlı tapşırıq verdi

0

Azərbaycan Prezidenti İlham Əliyevin vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması ilə bağlı tapşırıqlarına uyğun olaraq ədliyyə naziri Fikrət Məmmədov dekabrın 14-də Qobustan rayonunda vətəndaşların qəbulunu həyata keçirib.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən 

“Turanın səsi” nə bildiriblər ki, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.

Qəbulda Qobustan, Şamaxı, Ağsu və digər rayonlardan olan vətəndaşların ədliyyə fəaliyyəti ilə bağlı müraciətləri dinlənilərək qaldırılan məsələlərin operativ araşdırılması və qanunamüvafiq şəkildə tədbirlərin görülməsi ilə bağlı nazirliyin aidiyyəti məsul işçilərinə tapşırıqlar verilib. Bu zaman Vətən müharibəsi iştirakçılarının qayğılarına xüsusi həssaslıqla yanaşılıb.

Vətəndaşlar onların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasına, göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.

Səfər zamanı ədliyyə naziri Qobustan rayon icra və probasiya, qeydiyyat və notariat qurumlarının fəaliyyəti və iş şəraiti ilə tanış olub, rayon məhkəməsinə baş çəkib, müvafiq tapşırıq və tövsiyələr verib.

Yerli ədliyyə işçiləri və hakimlərlə müşavirə keçirilərək Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hərtərəfli tərəqqisinə uyğun olaraq məhkəmə-hüquq sistemində aparılan islahatlardan, ədliyyə və məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı görülən tədbirlərdən danışılıb, qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Nazir ədliyyə orqanlarının işinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi, insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin olunması, məhkəmə qərarlarının və cəzaların icrası işinin səmərəliliyinin artırılması ilə bağlı tapşırıqlar verib.

Eyni zamanda, məhkəmə fəaliyyətində şəffaflığın, ictimai etimadın yüksəldilməsi, məhkəmə qərarlarının ədalətliliyinin təmin olunmasının vacibliyi qeyd edilib.

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir