Bu dövlət qurumunda çalışanlara və ailə üzvlərinə kirayə pulu veriləcək
Ədliyyə orqanlarında xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan ədliyyə orqanlarının işçilərinə və onların ailə üzvlərinə yaşayış məntəqəsindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada və məbləğdə mənzil kirayəsi üçün pul kompensasiyası ödəniləcək.
“Turanın səsi ” in xəbərinə görə, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən onlayan iclasında müzakirəyə çıxarılan “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, bundan əvvəl xidmət yerinin dəyişdirilməsi ilə əlaqədar yaşayış yeri olmayan və bu səbəbdən kirayə götürülmüş mənzildə yaşayan penitensiar xidmətin əməkdaşlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və miqdarda kompensasiya ödənilib. Yeni qaydanın tətbiqi ilə əlaqədar bu müddəa ləğv olunur.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI