Azərbaycanın beynəlxalq antikorrupsiya fəaliyyətinə töhfələri yüksək qiymətləndirilir

0

Korrupsiyaya qarşı qlobal mübarizədə dünyanın 100-dən çox dövlətini birləşdirən və ölkəmizin həmtəsisçiliyi ilə yaradılmış Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) 9 dekabr – Beynəlxalq Antikorrupsiya Günü ərəfəsində videoformatda İcraiyyə Komitəsinin iclası və Ümumi Yığıncağı keçirilib.

Tədbirlərdə respublikamızın ədliyyə naziri, Assosiasiyanın vitse-prezidenti, eyni zamanda Şərqi Avropa regionu üzrə koordinatoru Fikrət Məmmədov iştirak edib.

IAACA-nın rəhbər orqanı olan İcraiyyə Komitəsinin iclasında Assosiasiyanın korrupsiya ilə qlobal mübarizədə fəaliyyəti və bu sahədə keçirdiyi tədbirlər, o cümlədən treninqlər, beynəlxalq forumlarda iştirakının genişləndirilməsi, qurumun gələcək fəaliyyəti müzakirə olunub, regional koordinatorlar tərəfindən görülən işlərə dair məlumatlar dinlənilib.

Ədliyyə naziri çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə tədbirlərindən, bu sahədə ölkəmizin beynəlxalq antikorrupsiya fəaliyyətində aktiv iştirakından bəhs edib.

Bildirib ki, qısa müddətdə Şərqi Avropa regionu üzrə bir çox ölkələr Azərbaycanın təşəbbüsü ilə IAACA-nın işinə cəlb olunub, ikitərəfli görüşlərdə və forumlarda bu sahədə əməkdaşlıq geniş təşviq edilib, IAACA-nın xətti ilə Bakıda 11 dövlətdən 100-dən çox nümayəndənin iştirakı ilə möhtəşəm beynəlxalq regional konfrans keçirilərək korrupsiyaya qarşı mübarizə üzrə faydalı təcrübə mübadiləsi aparılıb.

Azərbaycanın beynəlxalq antikorrupsiya fəaliyyətində səyləri yüksək qiymətləndirilərək həyata keçirdiyi tədbirlər məmnunluqla qarşılanıb.

Turanın səsi ” in xəbərinə görə İclasda IAACA-nın işinin səmərəliliyinin və qlobal nüfuzunun artırılması, fəaliyyəti barədə maarifləndirmənin genişləndirilməsi, o cümlədən yeni veb-saytının istifadəyə verilməsi, Katibliyin Honkonqda (Çin) ayrıca ofisinin açılması, korrupsiyaya qarşı mübarizə şəbəkəsinin genişləndirilməsi və digər tədbirlər müəyyən olunub. 

Ümumi Yığıncaqda Assosiasiya rəhbərliyi tərəfindən görülmüş işlərə, o cümlədən Azərbaycanın IAACA-nın fəaliyyəti ilə bağlı həyata keçirdiyi tədbirlərə dair ümumi təqdimat nümayiş etdirilib. Əksəriyyəti Şərqi Avropadan olan yeni üzvlərin IAACA-ya qəbulu, regional tədbirlərin keçirilməsi və digər təşkilati məsələlər müzakirə edilib.

Yığıncaqda həmçinin, Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinin məsul nümayəndələri iştirak ediblər.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir