Azərbaycanda bələdiyyələrlə iş portalı yaradılıb
Azərbaycanda bələdiyyələrlə iş portalı yaradılıb.
“Turanın səsi ” xəbər verir ki, internet resursu Ədliyyə Nazirliyi tərəfindən müasir tələblərə uyğun hazırlanıb.
Bələdiyyələrin fəaliyyətində səmərəliliyin və aşkarlığın artırılması məqsədilə portalda ictimaiyyət üçün açıq olan faydalı bölmələr, o cümlədən ölkədə yerli özünüidarəetmə sisteminin tarixi, hazırkı dövrədək keçirilən bələdiyyə seçkiləri və onların nəticələri, hər bir bələdiyyə sədri, üzv və qulluqçuları, əlaqə vasitələri, geolokasiyası və s. barədə məlumatlar yerləşdirilib.
Eyni zamanda internet resursunda yerli özünüidarəetmə sahəsində Ədliyyə Nazirliyinin gördüyü işlər – metodoloji yardım və inzibati nəzarət tədbirləri öz əksini tapıb. Portal bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət icraatının avtomatlaşdırılmış rejimdə aparılmasını, o cümlədən elektron sənəd mübadiləsini mümkün etməklə, həmçinin bələdiyyələrə şəxsi kabineti vasitəsilə iclas protokollarını (aktlarını) elektron qaydada tərtib etmək imkanı yaradır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI