Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçirilib

0

Ədliyyə Nazirliyinin yerli qurumlarında vakant olan vəzifələrin komplektləşdirilməsi məqsədilə davam edən müsabiqə üzrə növbəti qrup 155 namizədlə Dövlət İmtahan Mərkəzi ilə birlikdə dekabrın 27-də kompüter vasitəsilə test imtahanı keçirilib.  

Bu barədə “Turanın səsi” nə Ədliyyə nazirliyinin mətbuat xidmətindən bildirilib .

Test imtahanında iştirakla bağlı ərizələrin qeydiyyatı elektron xidmət vasitəsilə aparılmaqla namizədlərə yalnız müvafiq ərizə təqdim etmələri kifayət olub. Ədliyyə orqanlarında işləmək istəyən namizədlərin əksəriyyətini gənclər, 40 faizə yaxınını isə qadınlar təşkil edir. 

Vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən izlənilən imtahanın gedişi nazirliyin internet səhifəsi (www.justice.gov.az) vasitəsilə “on-line” rejimində birbaşa canlı yayımlanıb. 

İmtahanın nəticələrinə dair namizədlərə yerindəcə arayış təqdim olunub və yekuna görə 74 nəfər müvəffəqiyyət qazanıb. Siyahı nazirliyin və DİM-in (www.dim.gov.az) internet səhifələrində yerləşdirilib.

Uğur qazanmış namizədlərin diqqətinə çatdırılır ki, müsabiqənin söhbət mərhələsində iştirak etmək üçün onlar qanunvericilikdə nəzərdə tutulmuş sənədlərini 15 gün ərzində, saat 9-dan 18-dək Ədliyyə Nazirliyinin İnsan resursları baş idarəsinə (Bakı şəhəri, İnşaatçılar prospekti 1) təqdim etməlidirlər. Kadr sənədlərinin siyahısını və müvafiq nümunələri nazirliyin internet səhifəsindən əldə etmək mümkündür.

Xatırladırıq ki, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər növbəti mərhələyə buraxılacaq və onlarla fərdi qaydada söhbət aparılacaqdır. Söhbətin keçirilmə vaxtı və yeri barədə namizədlərə məlumat veriləcəkdir.

Əlavə informasiyanı nazirliyin internet səhifəsindən və (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə almaq olar.

Eyni zamanda bildirilir ki, hazırda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilən davamlı müsabiqədə iştirak etmək arzusunda olan ali hüquq təhsilli Azərbaycan Respublikasının vətəndaşları müraciət edə bilərlər. 

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

⤵️

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA

QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp

ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir