Ədliyyə Nazirliyi ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirib

0

Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi münasibətilə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən elan olunmuş 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində ədliyyə orqanlarında dahi öndərin əziz xatirəsinə həsr olunan silsilə tədbirlər davam etdirilir.

Bu barədəTuranın səsi nə Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Bu münasibətlə Ədliyyə Nazirliyi tərəfindən növbəti ağacəkmə aksiyası keçirilib.

Ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində ətraf mühitin mühafizəsinə, yaşıllığın qorunmasına daim xüsusi önəm verib, bu məqsədlə mühüm proqramlar qəbul olunaraq icra edilib. Dahi rəhbərin müəyyən etdiyi ekoloji siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir, insanların sağlam mühitdə yaşaması üçün ardıcıl işlər görülür. Bu istiqamətdə respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mühüm layihələr həyata keçirilir.

Ədliyyə Nazirliyi rəhbərliyinin və kollektivinin iştirakı ilə Bakı şəhərinin Nərimanov rayonu ərazisində təşkil olunmuş aksiyada həmişəyaşıl ağaclar əkilib, onlara qulluq göstərilib.

“Heydər Əliyev İli”ndə nazirliyin yerli və regional qurumları, məhkəmələr tərəfindən də böyük həvəs və fəallıqla ağacəkmə kampaniyaları təşkil edilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir